Heartland İndustries, Heartland Group şirkətlər qrupuna
daxil olan və Azərbaycanın Sumqayıt şəhərində fəaliyyət göstərən,
HDPE və DWC boru sistemlərinin istehsalı üzrə ixtisaslaşmış aparıcı
istehsalçılardan biridir.
Şirkət məhsullarını üç əsas ticarət nişanı altında təqdim edir:
Pipe.az | THISISPIPE | Heartland
Heartland İndustries yerli bazarda yüksək keyfiyyətli HDPE və DWC boru
sistemlərinin istehsalını həyata keçirərək, sahədə formalaşmış zəngin
təcrübəyə əsaslanan iki müasir istehsal zavodu ilə fəaliyyət göstərir.
İstehsal prosesinin bütün mərhələlərində Avropa texnologiyalarından
istifadə olunur. Bu yanaşma məhsulların beynəlxalq standartların
tələblərinə uyğun laborator sınaqlardan uğurla keçməsini və yüksək
keyfiyyət göstəricilərinin təmin edilməsini mümkün edir.